Yazını böyüt
Yazını kiçilt
Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub.
İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəzanın başvermə səbəbi və ölən şəxsin kimliyi ilə bağlı araşdırma aparılır./oxu.az/